“Niyazi müəllimə daha böyük diapazonda çalışmaq lazım gələcək” - Gəncənin deputatı
Tarix: 29-08-2018 | Saat: 11:11
Bölmə:Siyasət | çapa göndər
Avqustun 28-də prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin işdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Elə həmin gün ölkə başçısı başqa bir sərəncamla Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.
Gəncə şəhərinin deputatı Musa Quliyev Modern.az-a açıqlamasında şəhərin yeni rəhbərliyindəki dəyişikliyə münasibət bildirib.
Deputat qeyd edib ki, İcra hakimiyyəti başçısının vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Prezidentin səlahiyyətində olan məsələdir:
“Ona görə də belə təyinatları müzakirə etmək ən azı siyasi etika baxımdan doğru deyil.
Eyni zamanda, həyatının çox hissəsi Gəncə ilə bağlı olan bir adam kimi söyləyə bilərəm ki, son 15 ildə ölkə başçısının xüsusi qayğısı ilə, şəhərin sabiq icra hakimiyyəti başçıları Eldar Əzizovun və Elmar Vəliyevin təşkilatçılığı ilə Gəncədə olduqca böyük işlər görülüb. İstər quruculuq-abadlıq istiqamətində, istərsə də ictimai-siyasi, mədəni mühitin yaxşılaşması baxımından”.
Deputat öncə Niyazi Bayramovu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması münasibətilə ürəkdən təbrik edib və ona uğurlar arzulayıb.
M.Quliyev bildirib ki, şübhəsiz ki, prezident yeni icra başçısının qarşısında yeni vəzifələr qoyub və tövsiyyələrini söyləyib:
“Niyazi müəllim də öz işini bu planda quracaq. O, kifayət qədər rəhbərlik təcrübəsi olan dövlət adamıdır. Cəmiyyətdə ədalətli, calişqan, mədəni, intellektual səviyyəsi yüksək vətənpərvər məmur kimi tanınır. Gəncə ölkəmizin tarixi paytaxtlarından biri, ikinci böyük şəhəridir və Niyazi müəllimə daha böyük diapazonda çalışmaq lazım gələcək. İçtimai-siyasi mühitin daha da sağlamlaşdırılması, mədəni- elmi səviyyənin daha da yüksəməsi, yoxsulluq səviyyəsinin aşağı salınması, daha çox sayda yüksək əmək haqqı verən yeni iş yerlərini açılması bu gün ən aktual problemlədir. İnanıram ki bu problemlərin həllində Niyazi müəlim tək olmayacaq, bu xeyirxah işlərdə bütün gəncəlilər, o cümlədən Gəncənin millət vəkilləri əlindən gələn köməyi əsirgəməyəcəklər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu