Mobil versiya
"Bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək" - Binəli Yıldırım
Tarix: 29-08-2018 | Saat: 10:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək" - Binəli Yıldırım


"Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrdir".

aia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Binəli Yıldırım qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Biz regional məsələlərin həllində və beynəlxalq aləmdə birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrik. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək. Azərbaycan kimi gözəl ölkədə olmağımdan məmnunluq hissi keçirir, bütün Azərbaycan xalqını ürəkdən salamlayıram", - deyə Türkiyə Böyük Millət Məclisinin sədri bildirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-də Azərbaycana səfərə gəlib.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024