Mobil versiya
Angela Merkel Tbilisidə bəyanat verdi: “Bu ədalətsizliyi unutmuruq”
Tarix: 24-08-2018 | Saat: 13:15
Bölmə:Siyasət | çapa göndər

Angela Merkel Tbilisidə bəyanat verdi: “Bu ədalətsizliyi unutmuruq”


Almaniya kansleri Angela Merkel on ildən sonra Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstana gəlib.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, gül-çiçəklə qarşılanan kansler Gürcüstanın ərazı bütövlüyünü tanıdığını və bunun üçün əlindən gələni edəcəyini vəd edib.


Dünən axşam saatlarında Gürcüstana eniş edən Almaniya kanslerini Gürcüstan xarici işlər naziri David Zalkaliani qarşılayıb.

Merkel Gürcüstanın Abxaziya və Cənubi Osetiya probleminin Ukrayna ilə eyni bağlılığı olduğunu da söyləyib.


“Biz Ukraynaya problemi ilə bağlı çox sıx əməkdaşlıq edir və münaqişənin həlli üçün çalışırıq. Düşünürük ki, bu münaqişələr bir-biri ilə bağlıdır. Təəssüf ki, enerjik səylərə baxmayaraq, heç bir nəzərəçarpacaq irəliləyişlər görünmür. Mən sadəcə sizi əmin edən bilərəm ki, biz bu ədalətsizliyi unutmuruq və məsələnin beynəlxalq gündəmdən çıxmamasına nəzarət edəcəyik” – Merkel söyləyib.


O, on il əvvəl rus qoşunlarının ölkədən çıxarılmasını açıq şəkildə tələb etdiyini birdirərək, indi də Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

Merkelin Gürcüstanda keçirdiyi rəsmi görüşlərində bir sıra digər məsələlər də müzakirə olunub. Bu məsələlər içərisində ən diqqətə layiqi Almaniya kanslerinin 193 milyon avroluq yeni müqavilə ilə gəlişidir. Bu investisiya sayəsində Gürcüstan axır ki, öz qaz ehtiyat saxlancına sahib ola biləcək.

“Mənim səfərim zamanı iki müqavilə imzalanacaq. Söhbət 193 milyon avroluq qaz anbarı və su və kanalizasiya xətlərinin çəkilməsi barədə müqavilələrdən gedir” – Almaniya kansleri qeyd edib.

Baş nazir Mamuko Baxtadzenin sözlərinə görə, bu məbləğin 150 milyon avroluq hissəsi Almaniyanın KFW və Gürcüstanın Neft və Qaz Korporasiyası arasında kredit müqaviləsi şəklində bağlanacaq.

Merkel görüşü zamanı həmçinin ikitərəfli münasibətlərə diqqət çəkərək, elə bu yaxınlarda hər iki ölkənin 25 illik diplomatik əlaqələrini qeyd etməklərini xatırladıb.

Kansler bu ölkədən Almaniyaya sığınacaq üçün gələnlərin sayının azalmasını da alqışlayıb.

Merkel həmçinin Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesindən də danışıb.

“Biz Gürcüstanla asossiasiya və ticarət sazişlərinin imzalanmasında və viza rejiminin liberallaşdırılmasında böyük rol oynamışıq” – o bildirib.


Sonda kansler Gürcüstanın təhlükəsiz bir ölkə olduğunu vurğulayaraq, onun iqtisadiyyat və demokratiya sahəsində əldə etdiyi uğurlara sevindiyini bildirib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin Gürcüstandan sonra Ermənistana və sonda Azərbaycana gələcəyi planlaşdırılır. Onun Azərbaycana səfəri avqustun 25-də olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024