Mobil versiya
McDonald's-da salatlardan kütləvi zəhərlənmə - 507 nəfər
Tarix: 24-08-2018 | Saat: 11:38
Bölmə:Manşet / Gündəm | çapa göndər

McDonald's-da salatlardan kütləvi zəhərlənmə - 507 nəfər


ABŞ-ın 15 ştatında məşhur McDonald's restoranlar şəbəkəsinndə insanların “Tsiklosporoz” ilə zəhərlənmə hadisələri qeydə alınıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Qida və Dərmanlara Nəzarət İdarəsi 507 təsdiq olunmuş salatla zəhərlənmə halları qeydə alıb.

Zərərçəkmişlərin əsasən kök və roman salatlarından zəhərləndikləri qeyd edilir.

“23 avqust 2018-ci il tarixinə McDonald's restoranlarında salat istehlak edən şəxslərin ən azı 507 laborator təsdiq olunmuş “Tsiklosporoz” ilə zəhlənmə faktı qeydə alınıb. Zəhərlənmələr barədə 15 ştat və New-York şəhərindən xəbər verilib. İstintaq davam edir və ABŞ Qida və Dərman Nəzarəti İdarəsi roman və kök salatlarının tədarükçüsü və çatdırılma metodları haqqında məlumatları yoxlayır” – idarənin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, “Tsiklosporoz” - Cyclospora cayetanensis parazitinin yayıldığı mədə-bağırsaq xəstəliyidir. Simptomlar arasında diareya, həzm, ürəkbulanma kimi hallar müşahidə olunur.

Xatırladaq ki, McDonald's restoranlarında bu xəstəliklə zəhərlənmə hadisələri ilk belə hal deyil. Belə ki, iyul ayında aparılmış yoxlamalar zamanı yenə bu diaqnozla 105 təsdiq olunmuş zəhərlənmə faktı qeydə alınıb. Bu hadisədən sonra McDonald'sın 3 min restoranı salatların satışını dayandırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə