Mobil versiya
Sovet dövründən qalan metro qatarları nə vaxt yenilənəcək? - AÇIQLAMA
Tarix: 09-08-2018 | Saat: 16:06
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sovet dövründən qalan metro qatarları nə vaxt yenilənəcək? - AÇIQLAMA


"Vaqon istismar müddətini başa vurmalıdır ki, təzəsi gəlsin. Bu, planlaşdırılmış şəkildə aparılan prosesdir. Birbaşa köhnə vaqonu kənara tullayıb, yerinə təzəsini gətirmək olmur".

aia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O, qatarların istismar müddətinin 31 il olduğunu və bu müddət başa çatdıqca köhnələrin xəttdən çıxarıldığını deyib:

"Köhnələr silinməlidir ki, yenilər alınsın. Silinməsi üçün də istismar müddətini başa vurmalıdır. Yaxud xətlərimiz inkişaf etdirilməlidir. Məsələn, B3 stansiyası təhvil veriləndən sonra orda, bənövşəyi xəttdə dairəvi hərəkət olacaq. Həmin vaxt ora mütləq yeni qatar gətiriləcək. Yəni, bütün bu tələblər nəzərə alınaraq yeni qatarlar alınır.

2015-ci ildən bəri 5 yeni qatar alınıb. Gələcəkdə də ancaq kondisionerli, müasir qatarlar alınacaq. Biz qatarları "Metrovaqonmaş" ASC-dən alırıq. Onların istismar müddəti 31 ildir. 31 il tamam olan gün qatar xətdən çıxarılır. Sovet dövründən qalan qatarların da istismar müddəti bu qədərdir və onlar da istismar müddətini başa vurduqca, əvəzinə yeniləri alınır. Sovet dövründə vaqonlar 2-3 ildən bir alınıb. Məsələn, il olub ki, 3 vaqon, il olub 25 vaqon alınıb. Həmin vaqonların əvəzlənməsi də bu ardıcıllıqla aparılır. Xətlərimiz inkişaf etdikcə, tələbə uyğun şəkildə qatarlar alınacaq. Hazırda 290 vaqon var və bu il də hansılar silinməlidirsə, silinəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024