Mobil versiya
Eldar Əzizov Bakı meriyasında kimisə işdən çıxarmağa tələsmir
Tarix: 09-08-2018 | Saat: 12:05
Bölmə:Manşet / Gündəm | çapa göndər

Eldar Əzizov Bakı meriyasında kimisə işdən çıxarmağa tələsmir




Xəbər verdiyimiz kimi bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirildi.

Eldar Əzizov Bakı meriyasının başçının müavini təyin edildi.

Hazırda BŞİH-nin başçısı postu boş olsa da, kadr islahatlarının nə vaxt aparılacağı məlum deyil.



İddialara görə, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti, eləcə də ictimai-siyasi humanitar məsələlər şöbəsində dəyişiklik ola bilər. Buna səbəb kimi Eldar Əzizovun Səbayıl rayon İcra Hakimiyyətindəki köhnə kadrını yanına gətirməsi iddia olunur.



Modern.az səslənən iddialara cavab öyrənməyə çalışıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov saytımıza açıqlamasında iddiaların əsassız olduğunu deyib.

“Bakı şəhər İcra Hakimiyyətininin həm ictimai-siyasi və humanitar məsələlər şöbəsi, həm də mətbuat xidməti yerindədir. Həmçinin, mən də öz iş yerimdə, Səbail Rayon İcra Hakimiyyətindəyəm”.

İsrafil Kərimov Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri məsələsinə də münasibət bildirib.



“Hələ heç bir yenilik yoxdur. Bakı şəhər icra hakimiyyətində nə kimsə işindən azad olunub, nə də kimsə işə götürülüb. Hamı köhnə qaydada işinin başındadır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024