Mobil versiya
Nazirlər Kabinetinin QƏRARI – Avtomobil bazarında nələr olacaq?
Tarix: 08-08-2018 | Saat: 09:44
Bölmə:Manşet / Gündəm | çapa göndər

Nazirlər Kabinetinin QƏRARI – Avtomobil bazarında nələr olacaq?


Bir neçə gün əvvəl Nazirlər Kabineti 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun yeni məbləğlərini müəyyən edib.



Edilən dəyikliklərə əsasən qeydiyyat rüsumları artırılıb. Bəs görəsən bunun avtomobillərin qiymətinə hansısa təsiri olacaqmı?



Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Ramil Osmanlı deyib ki, adətən yay aylarında avtomobil bazarında təklif portfelinin həcmi məhdudlaşır və bu səbəbdən də qiymət artımları başlayır.



“Amma son dövrlərdə hələlik belə qiymət artımları müşahidə olunmur. Qeydiyyatla bağlı müəyyən islahatlar aparıldı, qərarlar qəbul olundu. Bəzi ekspertlər hesab edirlər ki, bu qiyməti bir qədər qaldıracaq. Amma biz hesab edirik ki, qeydiyyat rüsumlarının artırılması qısamüddətli dövrdə bazara ciddi təsir göstərməyəcək. Ola bilsin ki, növbəti ilin əvvəlində başlayaraq ölkəyə avtomobil idxalı zamanı müəyyən qiymət dəyişmələri baş versin. Amma hələ ki, qiymət artımı müşahidə olunmur. Yəni bazarda ümumi qiymətlər stabildir, bu da yay ayları üçün xarakterik bir məsələdir. Baxmayaraq ki, təklif portfelinin sayı azalır, bununla yanaşı yay aylarında tələb də olduqca aşağı düşür. Bu da kəskin qiymət artımının müəyyən mənada qarşısını almış olur”.



R. Osmanlı deyib ki, yerli istehsalın avtomobil qiymətlərinin artmasına və ya azalmasına təsiri yoxdur.



“Yerli istehsal bu gün avtomobil bazarının heç 1 faizini belə təşkil etmir. Neftçalada avtomobil zavodunda istehsal olunan avtomobillər kütləvi şəkildə bazara daxil olarsa bu müəyyən qədər təsir edə bilər. Amma hələ ki, bu proses baş verməyib. Müşahidələr göstərir ki, yerli istehsal hələlik bazarda ümumi dinamikaya təsir imkanında deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024