Mobil versiya
Elşad Xose Anar Nağılbazın ölümünə KƏDƏRLƏNDİ
Tarix: 06-08-2018 | Saat: 10:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Elşad Xose Anar Nağılbazın ölümünə KƏDƏRLƏNDİ




Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur rep ifaçısı Anar Nağılbaz vəfat edib. Reperin anasının sözlərinə görə, Anar Nağılbazın ölümünə son zamanlar yaşadığı stress səbəb olub.



Son illərdə A.Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Keçmiş həyat yoldaşı ilə yaşadığı söz davası, mətbuat vasitəsilə bir-birlərinin ünvanına dedikləri ittihamlar, daha sonra reperin özəl görüntülərinin mətbuata yayılmasını bu qəbildən saymaq olar.


Digər tərəfdən Anar Nağılbaz həmçinin bəzi həmkarları ilə də yola getmirdi, aralarında mübahisələr, atmacalar olurdu. Onlardan biri də tanınmış repçi Elşad Xosedir.



Mübahisələrə rəğmən, Elşad Xose Anar Nağılbazın ailəsinə başsağlığı verəcəkmi?



Modern.az saytının əməkdaşı bu sualla repçiyə müraciət edib. Qısa söhbət zamanı Elşad Xose Anar Nağılbazın ailəsinə baş çəkəcəyini bildirib:


“Əlbəttə, gedəcəyəm. Vaxtilə aramızda mübahisələrin olmasının buna aidiyyatı yoxdur. Anar Nağılbazın ölümünə hamı kimi mən də kədərlənirəm. Münasibətimiz gərgin də olsa, ölümünə sevinə bilmərik”.



Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də dünyaya gəlib. Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub. Onun rep bəstələrinin əksəriyyətində çox ciddi problemlər zarafatla, yumorla öz əksini tapıb. Bəstələrinin əksəriyyəti adı ilə deyil, mahnının mətnindəki ifadələrlə yaddaşlarda qalıb. Onu Azərbaycan repinin atası da adlandırırdılar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024