Mobil versiya
Polis bir gündə 61 nəfəri TUTDU
Tarix: 04-08-2018 | Saat: 15:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Polis bir gündə 61 nəfəri TUTDU


Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 3-dən 4-nə dək 108 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, baş vermiş cinayət hadisələrinin 26-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024