Mobil versiya
“Havada bu maddələrin artması insanlar üçün təhlükəlidir” - Nazirlik rəsmisi
Tarix: 03-08-2018 | Saat: 12:23
Bölmə:Gündəm | çapa göndər

“Havada bu maddələrin artması insanlar üçün təhlükəlidir” - Nazirlik rəsmisi


"Son dövrlərdə Azərbaycan ərazisində müşahidə olunan toz dumanı, əsasən, antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır".

BakuPost xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir: "Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir. Ətraf mühitə atılan və axıdılan tullantılar yol verilən normadan artıq olduqda vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq 2500-4000, hüquqi şəxslər isə 10,500-12,500 manat cərimə olunacaq".

U.Tağıyeva qeyd edib¬ ki, tozlu hava şəraiti Azərbaycanda əsasən Abşeron yarımadasında qeyd olunur: "Toz dumanları müşahidə olunanda eyni zamanda atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şərait yaranır. Buna görə də həmin vaxtlar toz-dumanı ilə yanaşı, digər zərərli maddələrin də havada artması insan orqanizmində əlavə risklər yaradır, əsasən də, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5241 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}