Mobil versiya
"Ailə TV"yə basqın edənlərə hökm oxundu
Tarix: 01-08-2018 | Saat: 16:26
Bölmə:Gündəm | çapa göndər

"Ailə TV"yə basqın edənlərə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə TV" şirkətinin ofisinə basqın etməkdə təqsirləndirilən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Modern.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əliyev 11 il, A.Kambarov və K.Süleymanovun hər biri 8 il, R.Əhmədzadə 9 il, O.Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.


İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manatı götürərək hadisə yerindən qaçıb.

Həmin şəxslər Nizami rayonunda lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gəlməklə 1250 manat pulu ələ keçiriblər.



Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”, 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə ittiham olunublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024