Azərbaycan deputatları Koçaryanın həbsini şərh etdilər: “Sarkisyan bir az qorxaq çıxdı”
Tarix: 30-07-2018 | Saat: 13:46
Bölmə:Siyasət | çapa göndər
Yerevan şəhər məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qərarı verib. Bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Hərbi İnspektorunun müavini, general-mayor Mikael Arzumanyanı vəzifəsindən azad edib.
Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və oğlu Ayk saxlanılıb. Sarkisyanın aqibəti isə bəlli deyil, O, hazırda ölkə xaricindədri və Ermənistana qayıtmağa cəsarət eləmir.
Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə tanınmış general Manvel Qriqoryan da həbs edilərək, zindana atılıb.
Hazırki baş nazir Nikol Paşinyan və komandası sanki illərdir Ermənistan əhalisinin boğazına çökmüş "Qarabağ klanı"ndan qisas alır.
Azərbaycan Milli Məclisinin deputatları Modern.az saytına Ermənistanda baş verən son hadisələri dəyərləndiriblər.
Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov deyib ki, Robert Koçaryan, Serj Sarkisyan və klanın digər üzvləri hərbi cinayətkarlardır:
“Onlar Azərbaycan dövlətinə, xalqına, günahsız dinc müsəlmanlara qarşı qətllər törətmiş hərbi canilərdir və kimlərinsə köməkliyi ilə Ermənistanda siyasi hakimiyyəti zəbt etmişdilər. O cümlədən erməni xalqına qarşı cinayətlər törədirdilər. Yəni bunlara insan da demək olmaz. Bu cinayətkar dəstə təkcə Azərbaycana deyil, eyni zamanda öz dövlətinə, mənsub olduğu xalqa qarşı saysız-hesabsız cinayətlər törədiblər. Görün erməni xalqı, dövləti nə gündədirsə, 20 il müddətində hərbi canilər, kriminal aləmin adamları tərəfindən idarə ediliblər və bunu qəbul ediblər. Belə bir dövlətdən nə gözləmək olar?
Hələ Paşinyanın nə edəcəyi, nəticənin necə olacağı bəlli deyil. Yəni bu millət özünə ağıllı, təfəkkürlü, normal bir rəhbər seçə bilməyib. Bugünkü rəhbər də müəyyən qüvvələrin köməyilə meydan dalğasının üzərində hakimiyyətə gəlib, hələ nə oyunlar çıxaracağı məlum deyil. Artıq özü və ətrafındakılar Azərbaycana qarşı sərsəm bəyanatlar verməklə məşğuldurlar”.
Deputat qeyd edib ki, erməni xalqı baş verənlərdən nəticə çıxarmalıdır:
“Cənab prezident İlham Əliyev də Ermənistandakı proseslərin axarı barədə danışıb. Əgər bundan sonra da yeni rəhbərlik özündən qabaqkıların yolu ilə getsə, işğalçılıq siyasəti ilə fəaliyyət göstərsə, onlar daha da pis günə düşəcəklər. Qoy Paşinyangillər özlərindən əvvəlkilərin hərəkətlərindən nəticə çıxarsınlar, bu murdar xislətlərindən əl çəksinlər. Əks təqdirdə, Ermənistanda sakitlik olacağını düşünmürəm. Bu dövləti çox ciddi fəlakətlər gözləyir. Çünki Ermənistan cəmiyyətində Koçaryan-Sarkisyan komandasının kifayət qədər tərəfdarı var. Bunlara qarşı əməliyyatlar, yoxlamalar keçirilir, həbslər başlayıb. Yəqin onlar özlərini qorumaq üçün nəsə etməyə cəhd edəcəklər. Bu da təbii ki, Ermənistan üçün ağır zərbə olacaq. Erməni xalqı yaşamağa nail olmaq üçün bunlardan nəticə çıxarmalıdır”.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov düşünür ki, bu həbslər Paşinyanın təkcə ədalət axtarışı deyil:
“Koçaryan-Sarkisyan klanı təkcə Azərbaycan xalqına qarşı yox, eyni zamanda erməni xalqına qarşı da xeyli cinayətlər törədiblər. Və indi hesab vaxtı yetişib. Biz həmişə demişik ki, bu şəxslər cinayətkardırlar. Halbuki, insanlara özlərini az qala azadlıq mübarizləri, demokratlar kimi təqdim edirdilər. Ancaq onlar cinayətkar insanlar kimi mövcuddurlar. Düşünürəm ki, Ermənistandakı həbslər təkcə Paşinyanın ədalət axtarışı deyil. Sarkisyan bir az qorxaq çıxdı. Ancaq Koçaryan qandan qorxan adam deyil. Paşinyan anlayır ki, vaxt keçdikcə, onun xalq tərəfindən dəstəyi zəifləyəcək və Koçaryan onu devirə, ya da öldürülməsini təşkil edə bilər. Bu səbəbdən Paşinyan öncədən Koçaryanı zərərsizləşdirmək istəyəcək”.
Milli Məclisin deputatı Asim Mollazadə vurğulayıb ki,bu şəxslər kifayət qədər erməni qətlə yetirib:
“Sadəcə olaraq, biz çox istəyərdik ki, Robert Koçaryan Ermənistan məhkəməsi tərəfindən deyil, beynəlxalq tribuna qarşısında hərbi cinayətkar kimi məhkum edilsin. Bu daha haqlı və ədalətli olardı. Koçaryan da, Sarkisyan da hərbi cinayətkarlardır, uşaq qatilləridir. Və bu qatillər böyük cinayətlərin səbəbkarları olublar. Ümidvaram ki, zaman gələcək, onlar beynəlxalq tribuna qarşısında cavab verəcəklər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024