Mobil versiya
Novruz Məmmədov Bakıda intihara cəhd edəni fikrindən DAŞINDIRDI
Tarix: 30-07-2018, 10:45 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Novruz Məmmədov Bakıda intihara cəhd edəni fikrindən DAŞINDIRDI



Bakıda intihar edən şəxsi fikrindən baş nazir daşındırıb.

aia.az xəbər verir ki, musavat.com intihara cəhd hadisəsi ilə bağlı bəzi təfərrüatlar əldə edib.

Məlumata görə, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs qadın yox, kişi olub.

O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

Məlumata görə, həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.

Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.



aia.az



5253 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930