Mobil versiya
Bakı Nəqliyyat Agentliyindən sürücülərə MÜRACİƏT
Tarix: 28-07-2018 | Saat: 13:04
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bakı Nəqliyyat Agentliyindən sürücülərə MÜRACİƏT


Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarına əməl edilməsi ilə bağlı sürücülərə müraciət edib.



Agentlikdən aia.az-a daxil olan müraciətdə deyilir ki, vətəndaşa xidmət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində önəm verdiyi ən mühüm məqamlardandır. Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı da bu məqam əsas götürüləcək.



Daha sonra müraciətdə bildirilir: “Səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilməkdədir. Məsələ ilə bağlı bir məqamı xüsusi ilə vurğulamaq istərdik. Məqsədimiz heç də ilk başdan sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq.



Bu işdə ictimaiyyətin də dəstəyinə ehtiyacımız olacaq. Məhz ictimaiyyətin dəstəyi və ictimai qınaq sayəsində nəqliyyat sistemində mövcud olan bir çox problemlərin həllinə nail olmuşuq.



Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir birimizə qarşı anlayışlı olmağa səsləyir. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024