Mobil versiya
Rövşən Rzayev İmişlidə məcburi köçkünləri dinlədi
Tarix: 27-07-2018, 16:59 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Rövşən Rzayev İmişlidə məcburi köçkünləri dinlədi


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 27-də İmişli, Saatlı, Sabirabad, Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən görüş İmişli Rayon Mədəniyyət Evində təşkil olunub.

Dövlət Komitəsinin sədri müxtəlif məsələlərlə bağlı müraciət edən məcburi köçkünləri ayrı-ayrılıqda dinləyib. Müraciətlər, əsasən, mənzillə təminat, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.

Görüşdə iştirak edən məcburi köçkünlər onlara göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq ediblər.



aia.az



5214 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930