Mobil versiya
Zakir Qaralovun işdən qovduğu prokuror HƏBS EDİLDİ
Tarix: 27-07-2018 | Saat: 11:43
Bölmə:Manşet / Gündəm | çapa göndər

Zakir Qaralovun işdən qovduğu prokuror HƏBS EDİLDİ


İki gün öncə vəzifəsindən çıxarılan və böyük köməkçisi həbs edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov da saxlanılıb.

aia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, prokuror Ü.Abbasovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya köçürülüb.

Ü.Abbasov da köməkçisi Faiq Quliyev kimi külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən vəzifəli şəxslər iş adamları Azad Əliyev və Qalib Süleymanovdan Göyçay və İsmayıllı rayonlarda qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı onlar barəsində cinayət işi başlanmaması üçün külli miqdarda rüşvət alıb. Hər iki biznesmen karxana sahibi olublar. Bu məsələ ilə bağlı araşdırmalar isə Göyçay rayonunda körpünün uçmasından sonra başlanılıb və məsələ prezident İlham Əliyevin nəzarətindədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024