Mobil versiya
“Azərbaycanı Gəncəylə təhdid edirlər” - “Demək istəyirlər ki...”
Tarix: 19-07-2018 | Saat: 17:39
Bölmə:Gündəm | çapa göndər

“Azərbaycanı Gəncəylə təhdid edirlər” - “Demək istəyirlər ki...”


"Mesaj ondan ibarət olub ki, sizin ən çox inkişaf etmiş, iş görülmüş bölgənizdə problemlər yarada bilərik”.

aia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova "Yeni Müsavat”a müsahibəsində Gəncədə baş verənlərdən danışarkən deyib.

O, jurnalistin "Amma məsələyə tibbi nöqteyi-nəzərdən yanaşsaq, xəstəliklər adətən müqaviməti zəifləmiş insana, yaxud da hansısa problemli orqana daha çox sirayət edir və ağır fəsadlara səbəb olur. Bu mənada baş verənlərin səbəblərinin həm də hansısa bölgədə problemlərin olması, məmur-vətəndaş münasibətlərindəki neqativlərdə axtarılmasına necə baxırsınız? Bəlkə xarici kəşfiyyat orqanları həm də problemli nahiyələri aşkar edəndən sonra orada işləməyə, xain əməllərini reallaşdırmağa qərar veriblər. Bu arqumentlərlə razısınızmı?” sualına cavabında deyib:

"Bilirsiniz, problem olmayan ölkə yoxdur. Bu gün ən inkişaf etmiş ölkələrdə belə, sizin dediyiniz məsələlər üzrə zəif nöqtələr tapmaq və onun vasitəsilə müəyyən fəaliyyətlər planlaşdırmaq olar. Nəzəri cəhətdən bu, mümkündür. Amma mən düşünmürəm ki, konkret indiki hadisələr sizin dediyiniz məsələlərlə sıx bağlıdır. Sadəcə, burada Gəncə hadisələrini ənənəyə çevirmək istəyənlər və Azərbaycanı qarışdırmaq üçün, elə azərbaycanlıların öz şüuruna "bəli, bu bölgədə, bu nöqtədə problem var və hər dəfə də burdan başlanır” deyə, bunu qəbul edilən fakta keçirmək niyyətləri də var. İndi siz baxın, Gəncə Azərbaycanın ən çox inkişaf etmiş regionlarından biridir və Bakıdan sonra böyük şəhər, özü də dünya miqyasına çıxmış bir şəhərdir. Bu şəhərdə son illər xalqın rifahı, regionun inkişafı, imkanların artırılması üçün xeyli işlər görüldüyünü heç kəs inkar edə bilməz. Məhz Gəncənin seçilməsi də təsadüfi deyildi. Amma mən məsələyə başqa yöndən yanaşmaq istərdim. Məsələnin digər bir tərəfi nədənsə qaranlıq qalır.

Biz daha çox bizə yönəldilən istiqamətə getmək istəyirik ki, bəli, guya burada problemlər olub və problemlər olduğu üçün də zəif nöqtəmiz buradır. Əksinə, mən Gəncəni ən çox inkişaf etmiş, Azərbaycanın müasir dövr yeritdiyi siyasətə daha çox dəstək verən, öz bölgəsini, öz şəhərini sevdiyi kimi, bütövlükdə Azərbaycanı inkişafda görmək istəyən və bunun üçün çalışan insanların yaşadığı bir region hesab edirəm. O demək deyil ki, digərləri belə deyil. Amma bu regionun inkişaf göstəriciləri belə deməyə əsas verir. Cənab prezidentin regionların inkişafı ilə bağlı qəbul etdiyi proqramlar, orada ayrı-ayrı regionlarda reallaşdırılması nəzərdə tutulan istiqamətlər və onun nəticələri əlbəttə ki, vacibdir. Konkret olaraq bu bölgəyə yönəldilən diqqət, ayrılan vəsait, onun icrası tapşırılan şəxslərin seçimi, bütün bunlar çox ciddi amildir. Amma mən burada məsələni məmur-vətəndaş qarşıdurmasına bağlamaq istəyənlərlə razılaşmıram. Əksinə, bizə verilən mesaj ondan ibarət olub ki, sizin ən çox inkişaf etmiş, iş görülmüş bölgənizdə problemlər yarada bilərik. Yəni Azərbaycan öz hərbi gücü, iqtisadi potensialı, vətəndaşlarının sosial durumu və daxili sabitliyi ilə çox da öyünməsin. Hesab edirəm ki, mesaj bu şəkildə yönəldilib".

Vitse-spiker bildirib ki, Gəncə hadisəsi Azərbaycana qarşı bir təhdid olub: "Bəli, təhdiddir. Bu, planlaşdırılmış bir işdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024