"Adı nə olur-olsun, fətullahçılar, təxribatçılar, nə zibillər meydan sulayırlar..." - Aqil Abbas
Tarix: 17-07-2018 | Saat: 17:07
Bölmə:Siyasət | çapa göndər
“Belə hadisələr baş verəndə ilk növbədə dövlət öz kanalları vasitəsilə məlumatları paylaşmalıdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin geniştərkibli iclasındakı çıxışında millət vəkili Aqil Abbas deyib.
Aqil Abbasın fikrincə, ölkə mediasının bir hisssəsi xarici dövlətlərin nəzarətindədir:
“Azərbaycanda hər şeyi atdılar şiəliyin üstünə. Şiə adam öldürəndi? Şiənin biri mənəm, heç indiyə qədər toyuq başı kəsməmişəm. Boş söhbətdir. Bu, oyunlar idi. Mən televiziyadakı çıxışımda da dedim ki, İran və Rusiya bunu təkzib etməli idi ki, şübhələnməyək.
Azərbaycana bu saat ən çox din haradan gəlir? Səmimi deyək, Səudiyyə Ərəbistanından gəlir, bir də Türkiyədən. Gop eləməyək də… İrandan isə siyasi şiəlik gəlir.
Ancaq o tərəflərdən gələn bu boyda olur… Amma qarşısını alan yoxdur. Adı nə olur-olsun, fətullahçılar, təxribatçılar, nə zibillər… Meydan sulayırlar. Bu gün qəzetlər də onların əlindədir, saytlar da… Təbii ki, İran İslam Respublikasının əlində saytlar da var, başqa nələr də… Amma onlar digərlərinin qabağında zəifdirlər. O tərəfdən gələnlər daha ağıllıdırlar. Ad çəkərəm, çəkmirəm.
Burda ən çox yük medianın üstünə düşür. Media məsələləri belə də çevirə bilər, elə də. Belə hadisələr baş verəndə ilk növbədə dövlət öz kanalları vasitəsilə məlumatları paylaşmalıdır, özünün saytları var və sair.
Çox ciddi dönəmdəyik.Təxribata əl atdılar. Yaxın keçmişdə İsmayıllıda, Qubada təxribatçılar az qala terrora əl atacaqdılar. Bu günlərdə də Gəncədə baş verən hadisələr onu göstərdi ki, dövlətimizin hüquq-mühafizə orqanları daha bir təxribatın qarşısını aldı. Sonra da hay çıxardılar ki, bəs, Sumqayıtda da təxribata hazırlaşırlar. Bunun hamısı bir ssenaridir. Orada da nəsə eləmək istəyirdilər, edə bilmədilər”.
Deputat bildirib ki, hadisə ərəfəsində informasiyalar həm də düzgün şəkildə ötürülmədi: “Anlaşılmazlıq yaratdı. Nəticədə ortaya tamam başqa-başqa fikirlər çıxdı. Mən həmin günü qəzetdə işçilərə tapşırmışdım ki, yalnız və yalnız dövlətin rəsmi məlumatlarına istinad etsinlər. Politoloq filan qələt elədi, və yaxud başqası bu barədə hansısa fikir yürütdü – bunları boş verin getsin. Amma təəssüf ki, bəzilə saytlar bu qaydalara əməl edə bilmədi. Nə var ki, IP əldə etmək naminə qeyri-dəqiq informasiyaları yayıb cəmiyyətdə çaşqınlıq yaratdılar. Mənasız bir şeydir bu IP məsələsi. IP sayına görə reklam almağa görə peşəkarlığı, obyektivliyi icddi şəkildə pozurlar. Mənim bir yazım var, 575 min adam oxuyub amma heç mənə bir manat da verməyiblər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər