Mobil versiya
Ərdoğandan çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ
Tarix: 16-07-2018 | Saat: 09:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğandan çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ


"15 iyul gecəsi FETÖ-cu alçaqlar qarşısında qanları ilə dastan yazan, bayrağımıza, müstəqilliyimizə sahib çıxan bütün şəhidlərimizə rəhmət diləyirəm. Şübhəsiz heç bir zəfər qızıl qabda təqdim edilmir. Bu gün həm dərin bir kədər, həm də böyük bir qürur yaşayırıq”.

Modern.az-ın anım tədbirinə qatılan əməkdaşının verdiyi məlumata görə, bunu 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.



Türkiyə prezidenti qeyd edib ki, bu zəfər, türk millətinin dirənişi o gecə tanklara, qırıcı təyyarələrə meydan oxuyan şəhid və qazilərin cəsarətinin sonucudur.



Türkiyə prezidenti bildirib ki, dünyanın 81 ölkəsində qeyd olunan bu zəfər bütün Türkiyə xalqının qələbəsidir.



Ərdoğanın sözlərinə görə, Türkiyə "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında 4600 terrorçunu məhv edib.



Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024