Mobil versiya
Ziyad Səmədzadə: “Azərbaycan dövləti Gəncə hadisələrindən üzüağ çıxdı”
Tarix: 12-07-2018 | Saat: 12:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ziyad Səmədzadə: “Azərbaycan dövləti Gəncə hadisələrindən üzüağ çıxdı”


“Bir Azərbaycan ziyalısı, bir Azərbaycan vətənadaşı, bir millət vəkili kimi 10 iyul tarixində Gəncədə baş verənlərdən çox üzüldüm. Bu, Azərbaycan dövlətinə qarşı onu istəməyən qüvvələt tərəfindən edilən qəsddir, təxribatdır, terror aktıdır. Bu hadisəni törədənləri və onların arxasında dayanan qüvvələri qətiyyətlə pisləyir və bildirmək istəyirəm ki, bununla Azərbaycan dövləti və dövlətçiliyinə heç nə edə bilməyəcəklər, 90-ci illərdə olduğu kimi, bundan sonra da bu cür cəhdlər məğlubiyyətə uğradılacaq. Çünki güclü, qüdrətli, dünyada sözü və nüfuzi ilə hesablaşılan Azərbaycan dövləti, İlham Əliyev kimi liderimiz var”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.


Z. Səmədzadə xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, mərhum dövlət başçısı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əsl dövlət quruculuğuna, ölkənin müdafiə qabiliyyətinin artırılmasına, iqtisadiyyatın inkişafına və möhkəmləndirilməsinə start verildi. Onun sözlərinə görə, ancaq bu siyasət, müstəqil dövlətçilik kursu o zamanlar bəzi daxili və xarici qüvvələri heç cür razı sala bilmir, hər vəchlə onun qarşısının önləməsinə, kəsilməsinə yönəlmiş cəhdlərə əl atılırdı.


Deputat deyib ki, xüsusilə, dünyanın nüfuzlu neft şirkətləri ilə kontraktların imzalanmasına, "Bakı-Tbilisi-Ceyhan" layihəsinin baş tutmasına qısqanclıqla yanaşılır, ən ağlasığmaz maneçiliklər, əngəllər törədilməyə çalışılırdı:


"Ancaq müdrik Heydər Əliyevin iradəsi, qətiyyəti sayəsində bütün təzyiqlərə, təhdidlərə sinə gərildi, bütün maneələr, əmgəllər aşıldı və 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan dövləti və dövlətçiliyinin tarixində yeni mərhələyə qədəm qoyuldu. Düzdür, Azərbaycanı istəməyən qüvvələr yenə sakitləşmədilər, məğlubiyyətləri ilə barışmaq istəmədilər, 1994-cü ilin oktayabr və 1995-ci ilin mart aylarında növbəti dəfə dövlət çevrilişlərinə cəhd etdilər, amma yenə də alınmadı, niyyətlərinə nail ola bilmədilər, Heydər Əliyev-xalq birliyi sayəsində ölkəmizə, müstəqilliyimizə qarşı yönəlmiş məkrli planlar dəf edildi. Azərbaycan bu gün də böyük uğurlara, böyük layihələrə imza atır. Cəmi 3 ay ərzində az qala əsrə bərabər olacaq addımlar atılıb. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, TANAP-ın işə düşməsi, müstəqilliyimizin və ordumuzun 100 illiyinin yüksək və təntənəli şəkildə qeyd olunması, illərlə yaddaşlardan silinməyəcək hərbi paradın keçirilməsi, TAP-la bağlı mühüm addımların atılması və sair, bunlar hamısı böyük işlərdir, Azərbaycanın gücü, qüdrəti deməkdir. Amma bu uğurlar, Azərbaycanın nəinki regionun, Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktorlardan birinə çevrilməsi yenə də düşmənlərimiz, anti-Azərbaycan dairələrini rahatsız etməkdə, yuxularını ərşə çəkməkdədir. Onlar hər dəfə məğlubiyyətə məhkum edilsələr də, yenə də öz məkrli niyyətlərindən əl çəkmək istəmir və əllərinə düşən hər fürsətdən ölkəmizə qarşı yaralanmağa çalışırlar.

Gəncədə baş verənlər də məhz bunların əlamətləri, Azərbaycan çalxalamaq, yolundan döndərmək istəyən qüvvələrin son çırpınışlarıdır. Lakin yenə də alınmadı, yenə də hesabları düz çıxmadı, din amili də işə yaramadı. Çünki alına da bilməzdi. Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlətdir, bu yolla da inkişafına doğru irəliləyir. Xalqımız da müdrik, ağı qararadan seçməyi bacaran, dünyəviliyi, demokratik dəyərləri bölüşən, həmçinin, öz milli adət-ənənlərinə, gözəl İslam dininə sadiq qalan bir xalqdır. Onu artıq nə iləsə aldatmaq, şirnikləndirmək, öz dəyərlərindən imtina etdirmək olmaz və mümkün deyil. Gəncə hadisələrinə münasibətdə də, bu, bir daha özünün əyani sübutunu ortaya qoydu".


Millət vəkilinin bildirdiyinə görə, bu gün Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur və bu birlik ölkəmizdə bütün problemlərin aradan qaldırılmasına imkan verir:


"Bir daha qeyd edirəm ki, Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli planın tərkib hissəsidir və bu planı hazırlayanların hədəfində Azərbaycan dövlətçiliyi, müstəqilliyi dayanır. Bu əməli törədənlər faktiki olaraq terrorçulardır və onlar Azərbaycan dövlətinə qarşı terror törədiblər. Müxtəlif ölkələrdə- Liviyada, Suriyada, Yəmədə, İraqda baş vermiş qanlı hadisələri, ssenariləri Azərbaycanda da təkrarlamaq istəyən, ölkəmizdə böyük qırğınlar törətmək niyyətində olan bu dağıdıcı ünsürlərin məqsədi Azərbaycanda xaos və qarşıdurma yaratmaqdır. Lakin bu ünsürlər, terrorçular, təxribatçılar öz istəklərinə çata bilməyəcəklər. Çünki Azərbaycan xalqı cənab Prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyir və Onun ətrafında sıx birləşib. Bu ilin aprel ayında keçirilən prezident seçkilərində də biz bir daha bu reallığın şahidi olduq. Ona görə də, Azərbaycanın müstəqilliyini, dövlət quruluşunu, ölkəmizdəki sabitliyi hədəf alan hər bir qüvvə bu birlik qarşısında acizdir. Azərbaycan xalqı Gəncədə baş verən təxribatlara qarşı da öz barışmaz mövqeyini ortaya qoydu. Xalqımız dövlətimizin ətrafında bir yumruq kimi birləşərək pozucu qüvvələrə meydan vermədi. Ölkənin tanınmış ziyalıları, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə fəallıq göstərən vətəndaşlarımız təxribat əməllərini kəskin şəkildə pisləyərək öz dövlətinə sahib çıxdı. Bax budur, əsil vətəndaşlıq mövqeyi, xalqın, cəmiyyəin birliyi. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu deyil və bu dəyərlərə qarşı atılan hər bir addımda dövlətini, xalqını sevən hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoyur. Bu hadisəni törədənlər, Azərbaycanda təxribat törətmək arzusunda olanlar da bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və bu kimi cəhdlərlə müstəqilliyimizə xələl yetirmək mümkün deyil".


Komitə sədri vurğulayıb ki, baş verən hadisələr zamanı diqqət çəkən mühüm məqamlardan biri də təhlükəsizlik orqanlarının, o cümlədən Azərbaycan polisinin yüksək vətənpərvərlik, peşəkarlıq nümayiş etdirməsidir: " Azərbaycan polisi ən çətin məqamlarda belə öz dövlətinə, dövlətçiliyimizə sədaqətlə xidmət edir. Azərbaycan polisi bir daha sübut etdi ki, xalqımızın, dövlətimizin təhlükəsizliyini qorumaq üçün öz canını qurban verməyə hazırdır. Asayiş keşikçiləri hər cür təxribata qarşı adekvat tədbirlər görür, pozucu qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirərək lazımi addımları atır. Eyni zamanda, Azərbaycanın ən mürəkkəb situasiyalarda belə milli maraqlarımızı, xalqımızın mənafeyini qətiyyətlə qorumağı bacaran qüdrətli lideri var və Azərbaycan xalqı öz Prezidentinin yanındadır. Odur ki, Azərbaycan bundan sonra da öz müstəqillik yolunda inamla addımlayacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024