Mobil versiya
Ülvi Quliyev Gəncə hadisələrini PİSLƏDİ: “Bu hadisələr xaricdən idarə olunur”
Tarix: 11-07-2018 | Saat: 16:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ülvi Quliyev Gəncə hadisələrini PİSLƏDİ: “Bu hadisələr xaricdən idarə olunur”




Milli Məclisin Gənclər və idman Komitəsinin sədri Ülvi Quliyev iyulun 10-da Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnmiş iğtişaşları pisləyib.


Deputat Modern.az-a açıqlamasında baş verənləri dövlətçiliyimizə, müstəqilliyimizə və ictimai-siyasi sabitliyimizin pozulmasına xələl gətirən hal kimi qiymətləndirib:

“Birmənalı olaraq, bu hadisələr xaricdən idarə olunur. İnanıram ki, cinayəti törədənlər qısa müddət ərzində müəyyənləşəcək və layiqli cəzalarını alacaqlar. İdman ictimaiyyəti adından şəhid polislərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Azərbaycan xalqı müdrik xalqdır. Xalqımız heç vaxt mənfi ünsürlərin arxasınca getməyib, getməz də. Xalq öz birliyini, həmrəyliyini prezident seçkilərində bir daha bəyan etdi. Azərbaycanın idman ictimaiyyəti, Azərbaycan gəncliyi bu kimi halları pisləyir”.



Ü.Quliyev bu kimi halların bir daha baş verməməsi üçün cəmiyyəti dövlətçilik ətrafında birliyə çağırıb:



“Mən polislərin vurulma anını əks etdirən videoları ürək ağrısı ilə izlədim. Əgər kimsə narazılığını bildirmək, etiraz etmək istəyirdisə, bunu sivil yolla edə bilərdi. Kriminal ünsürlərə belə şans vermək olmaz. Çünki bu işlər qılıncla, qalxanla olmur! Belə məqamlarda biz daha da həmrəy olmalıyıq, gənclərimiz milli-mənəvi maraqları hər şeydən üstün tutmalı, dövlətimiz, dövlətçiliyimizin mənafeyi ən yüksək şəkildə qorunmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024