Mobil versiya
Oruc Zalov: “Gəncədə şəhid olan polis əməkdaşları dövlətçiliyə sadiqliyini göstəriblər”
Tarix: 11-07-2018 | Saat: 15:11
Bölmə:Gündəm | çapa göndər

Oruc Zalov: “Gəncədə şəhid olan polis əməkdaşları dövlətçiliyə sadiqliyini göstəriblər”


“Polis əməkdaşlarımız Gəncədə, ölkədə sabitliyin qorunması üçün öz andlarına sabiq qalıb, dövlətçiliyə sadiqliyini göstəriblər”.



aia.az-ın APA-ya məlumatına görə, bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşlarının vida mərasimində daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.



O. Zalov deyib ki, şəhid olan polislər polis şərəfini qoruyublar: “Onlar şəhid olaraq minlərlə insana bildiriblər ki, cinayətkarlığa aman verilməyəcək. Yeri gəlsə, canımızı qurban verəcəyimizlə bağlı andımıza sadiq qalıb, sabitliyi qorumaq üçün öz canlarından keçərək şəhid olublar".




Nazir müavini qeyd edib ki, hər iki polis əməkdaşı uzun illər daxili işlər orqanlarında şərəflə xidmət ediblər: "İlqar Balakişiyev 35 il daxili işlər orqanlarında xidmət edib, qarşıya qoyulan tapşırıqları şərəflə yerinə yetirib, dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. İlqar Balakişiyev 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. Gəncə şəhərinin sakinləri arasında böyük hörmətə malik olub. Nümunəvi xidmət göstərərək sübut edib ki, əsl polis işçisi necə olur.



Şəhid qardaşımız Səməd Abbasov da şərəfli bir xidmət yolu keçib, polis serjantılığından polis mayoruna kimi yüksələn, Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilən Səməd Abbasov daim kollektivdə nümunəvi xidməti ilə fərqlənib. Kollektivə Gəncədə ictimai asayişin qorunmasında öz şərəfli xidməti ilə nümunə olub. Bu gün Gəncə sakini olan hər iki polis qardaşımızı son mənzilə yola salırıq. Bu, bizim üçün, gəncəlilər üçün böyük itkidir. Lakin mən inanıram ki, İlqar Balakişiyev və Səməd Abbasovun xatirəsi heç vaxt yaddan çıxmayacaq. Onların keçdiyi şərəfli xidmət yolu onların yoldaşları, Gəncə sakinləri tərəfindən daim xatırlanacaq. İnanıram ki, bir çox gənclər onlardan nümunə götürüb ölkədə əmin-amanlığın qorunması üçün yeri gəlsə, canlarını belə əsirgəməyəcəklər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024