Ana Vətən Partiyası bəyanat verdi - BƏYANAT
Tarix: 11-07-2018 | Saat: 14:35
Bölmə:Manşet / Siyasət | çapa göndər
Ana Vətən Partiyası 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaşı bir qrup radikal qüvvənin Azərbaycanda sabitliyi pozmaq və vətəndaş qarşıdurmasını yaratmaq, dövlətçiliyimizə zərbə vurmaq cəhdi kimi qiymətləndirir.
Ən müxtəlif küt, kəsici və deşici alətlərlə silahlanan radikal qüvvələrin məkrli niyyəti dövlətçiliyimizə qarşı düşünülmüş qəsddir. İğtişaşların qarşısını almağa çalışan və öz vəzifə borclarını yerinə yetirən iki polis zabitinin vəhşicəsinə qətlə yetirilməsi həm də dövlətçiliyimizə qarşı mənfur niyyətləri bütün çılpaqlığı ilə ortaya qoydu.
Hadisələrin gedişi göstərdi ki, bütövlükdə Gəncə əhalisi hər zaman olduğu kimi, yenə də Azərbaycan dövlətçiliyinin, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasının yanındadır və baş verən qanlı olay bir daha sübut etdi ki, Azərbaycan polisi dövlətçiliyimizə, müqəddəs dəyələrimizə, müstəqilliyimizə sadiqdir. Allah onlara rəhmət eləsin, ruhları şad olsun.
Ana Vətən Partiyası ölkəmizin gücünü, qüdrətini, beynəlxalq nüfuzunu həzm edə bilməyən Antiazərbaycan qüvvələrinin məkrli məqsədlərini qətiyyətlə pisləyir və əmin olduğunu bəyan edir ki, güclü dövlətimiz, möhtərəm cənab prezidentimizlə xalqımızın sarsılmaz birliyi və təhlükəsizliyimizin, ölkəmizdə sabitliyin qorunub saxlanılmasında müstəsna xidmətləri olan hüquq mühafizə orqanlarının peşəkarlığı və dövlətçiliyimizə sədaqəti bu və buna bənzər təxribatların, iğtişaşlara cəhdlərin qarşısını alacaq, dövlətçiliyimizi, cəmiyyətmizdə sabitliyi qoruyub saxlayacaq və heç bir qüvvə Azərbaycanımızı tutuduğu müstəqillik və inkişaf yolundan, xalqımızı vətəndaş həmrəyliyindən döndərə bilməyəcəkdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər