Mobil versiya
Prezidentlər Türkiyə-Azərbaycan əlaqələri haqda bəyanat verdilər
Tarix: 10-07-2018 | Saat: 17:15
Bölmə:Siyasət | çapa göndər

Prezidentlər Türkiyə-Azərbaycan əlaqələri haqda bəyanat verdilər


İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.


aia.az-ın məlumatına göprə, İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri hazırda ən yüksək zirvədədir.

Dövlətn başçısı qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir:

“Türkiyə xalqı Sizə yenidən etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində Türkiyənin inkişafı üçün çox böyük işlər görürsünüz. Sizin liderliyiniz altında Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya miqyasında böyük gücə çevrilmişdir. Bu gün Türkiyə beynəlxalq məsələlərdə söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi inkişafa görə Türkiyə dünyada ən qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə sabitlik tam bərqərar olub. Azərbaycan xalqını Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır”.

İlham Əliyev bildirib ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: “Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələdə Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir”.


Rəcəb Tayyib Ərdoğan isə deyib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana yardımını davam etdirəcək.


"Dağlıq Qarabağ və Naxçıvan məsələsində indiyə qədər əlimizdən gələni əsirgəmədik, problemin üzərinə getdik. Bundan sonra da problemin həllinin üzərinə getməkdə qərarlıyıq. Məlum olduğu kimi Naxçıvanla Türkiyə arasında quru yol əlaqəsi ilə bağlı problemlər həll olunub”.


Ərdoğan Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizədə göstərdiyi dəstəyə gprə təşəkkür edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024