Mobil versiya
Bəxtiyar Sadıqov: Enerji sistemindəki qəza ilə bağlı vətəndaş həmrəyliyi hakimiyyətlə xalqın birliyini göstərdi
Tarix: 06-07-2018 | Saat: 15:39
Bölmə:Siyasət | çapa göndər

Bəxtiyar Sadıqov: Enerji sistemindəki qəza ilə bağlı vətəndaş həmrəyliyi hakimiyyətlə xalqın birliyini göstərdi


Azərbaycanın enerji sistemində baş verən qəza ilə bağlı Prezident İlham Əliyevin müşavirə keçirərək məsələyə dərhal müdaxilə etməsi dövlət başçısının ölkənin hər bir sahəsindəki problemə həssas yanaşmasından xəbər verir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, məsələnin ciddi araşdırılması üçün dövlət başçısı dərhal tapşırıqlar verdi: "Heç bir dövlət qəza hallarından sığortalanmayıb. Lakin məsələ baş vermiş hadisəyə yanaşma səviyyəsi və insanların bu qəzadan ən az ziyan çəkməsinə çalışmaqdır. Prezident İlham Əliyev bununla bağlı operativ tədbirlər həyata keçirdi, lazımi tapşırıqlarını verdi, dərhal məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradıldı".

B.Sadıqov bildirib ki, baş vermiş hadisə Azərbaycan xalqı üçün bir sınaq idi: "Xalq da bu sınaqdan uğurla çıxdı. Bu hadisədən sonra baş verən proses bir daha onu göstərdi ki, hakimiyyətlə xalq birdir. Xalqımız çox böyük səbr və dözüm nümayiş etdirdi, anlaşıqlı oldu, Azərbaycan mətbuatı çox gözəl mövqe nümayiş etdirdi və hadisəni obyektiv işıqlandırdı. İnsanlar bir-birlərinə yardım etdi, dəstək oldular".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024