Mobil versiya
Vasif Talıbov generalın xanımını niyə işdən çıxarıb?
Tarix: 08-12-2015 | Saat: 21:40
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Vasif Talıbov generalın xanımını niyə işdən çıxarıb?

Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Rafiqqızı Mustafayeva vəzifəsindən azad olunub

Aia.az report.az-a istinadən bildirir ki, bununla bağlı sərəncamı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

İlhamə Rafiqqızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin həyat yoldaşıdır. V.Talıbovun generalın həyat yoldaşını hansı səbəbdən vəzifəsindən azad etdiyi məlum deyil. Lakin ehtimal olunur ki, bu, İ.Mustafayevanın işindəki nöqsanlarla bağlı deyil. Bu ehtimal Azərbaycan reallığında ciddi qəbul oluna bilməz. Nöqsana görə generalın, digər yüksək rütbəli məmurun yaxını yalnız o halda işdən çıxarılır ki, həmin generalın, məmurun özünün dayaqları laxlayır. Kərəm Mustafayevlə bağlı hansısa problem haqda isə heç bir məlumat yoxdur. Əksinə, deyilənə görə bu generalı Vasif Talıbovla həm də dostluq münasibətləri bağlayır.

AzPolitika.info-ya verilən məlumata görə, son vaxtlar MR-in təhsil və səhiyyə sistemində əsaslı yoxlamalar başlayıb. Naxçıvan Tibb Kollecinin rəhbərliyindəki dəyişikliyin bu yoxlamalarla əlaqəsinin olub-olmadığını demək çətindir.

***
Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin həyat yoldaşı İlhamə Mustafayevanın Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad olunmasının səbəbi məlum olub. “AzPolitika” dəqiqləşdirib ki, İlhamə Mustafayeva 1 noyabr parlament seçkilərində 45 saylı Aza Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçildiyinə görə vəzifəsindən azad olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024