Mobil versiya
Ötən günün yol TERRORU: 5 qəza, 3 ölü, 14 yaralı
Tarix: 06-07-2018 | Saat: 10:22
Bölmə:Karusel / Hadisə | çapa göndər

Ötən günün yol TERRORU: 5 qəza, 3 ölü, 14 yaralı




Ötən gündaxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, iyulun 5-də ölkədə100 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5263 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2020
31-05-2020
{sape_links}{sape_article}