Mobil versiya
“Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir”
Tarix: 05-07-2018 | Saat: 17:45
Bölmə:Siyasət | çapa göndər

“Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir”




“Təəssüflə qeyd etməliyik ki, Ermənistan xarici işlər nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişənin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur. Serj Sarkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan xarici işlər nazirliyi gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir”.



Modern.az-ın məlumatına görə, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Brüsseldə dərc edilən və Avropanın ictimai-siyasi dairələrində geniş oxucu kütləsi olan “Euractive” dərgisində dərc olunan məqaləsində deyib.



“Ermənistan-Azərbaycan münaqişəsi: Davalı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində Ermənistan tərəfinin bütün vasitələrlə münaqişənin fundamental əsasını təşkil edən işğal və hərbi təcavüz məsələsinin üstündən keçməyə cəhd etdiyini yazan H.Hacıyev Ermənistan gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdiyini diqqətə çatdırır.



XİN rəsmisi işğal edilmiş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qaldığını və dənizə çıxışı olmayan və dağlıq relyefə malik kiçik ölkə kimi Ermənistanın hamıdan çox qonşu dövlətlərlə inteqrasiyaya ehtiyacı olduğunu bildirib:

“Ermənistanda labüd hakimiyyət böhranı baş verəndə Azərbaycan açıqlama ilə çıxış edərək bildirdi ki, yeni hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Amma indiyə qədər görünən odur ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir”.



Hikmət Hacıyev qeyd edib: “Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Ermənistanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaq etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və heç zaman legitim hesab oluna bilməz”. O əlavə edib ki, işğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcəkdir.



“Ermənistanın yeni rəhbərliyi qanunun aliliyi və insan hüquqlarına hörmət etdiyini iddia edirsə, onda Ermənistanın beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır” deyə Hikmət Hacıyev yazıb.



XİN rəsmisi yazıb ki, münaqişənin mərhələli həlli ilə əlaqədar real yol xəritəsi hər kəsə, o cümlədən Ermənistana çox yaxşı bəllidir və bir qədər də illüstrativ olaraq bunu “De-occupation, De-militarization, Demining, Deployment, Dialogue, Development” elementlərindən ibarət 6D proqramı adlandırmaq olardı.



1. De-occupation (işğaldan azad etmə) – ilkin olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması;

2. Demilitarization (demilitarizasiya) – hərbçilərin geri çəkilməsi və hərbi risk amilinin aradan qaldırılması;

3. Demining (minalardan təmizləmə) – post-konflikt reabilitasiya kimi işğaldan azad olunmuş ərazilərin minalardan və partlayıcılardan təmizlənməsi, bu ərazilərdə zəruri infrastrukturun qurulması və əsas sosial xidmətlərin təmin olunması;

4. Deployment (yerləşdirmə) – Azərbaycanlı məcburi köçkünlərin şərəf və ləyaqətlə və təhlükəsiz şəkildə öz doğma evlərinə qayıtması;

5. Dialogue (dialoq) – Etimad və etnik barışıq məqsədilə Ermənistan və Azərbaycan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulması;

6. Development inkişaf) – bu biri digərini tamamlayan və mərhələli addımlar regionun hərtərəfli inkişafına, Ermənistanın regional proseslərə inteqrasiyasına və davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. Qısaca olaraq desək bu hər kəs üçün uduşlu bir ssenaridir.

Ermənistan-Azərbaycan münaqişəsi kimi mürəkkəb məsələnin bir paketdə həll edilməsinin qeyri-mümkünlüyü yazan Hikmət sülh quruculuğu üçün edilməsi mümkün olan məsələlərin həyata keçirilməsinə dərhal başlanılmalı olduğunu diqqətə çatdırıb və alternativ isə əbədi qarşıdurma və müharibə olduğunu qeyd edib.



Məqalənin sonunda Hikmət Hacıyev indi seçimin Ermənistan tərəfində olduğunu və onların hansı yolu seçəcəklərini görəcəyimizi yazıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024