Müsavat qurultaya hazırlaşır - Arif Hacılı başqanlıqdan gedir?..
Tarix: 29-06-2018 | Saat: 10:03
Bölmə:Karusel / Siyasət | çapa göndər
Müsavat Partiyası qurultaya hazırlaşır. Lakin qurultay öncəsi müəyyən söz-söhbətlər yaranıb. Güman edilir ki, hazırkı başqan Arif Hacılı növbəti qurultayda postu ilə vidalaşacaq. Onun partiya funksionerləri tərəfindən dəstəklənmədiyi, bu səbəbdən Müsavatın müxalif düşərgədə gücsüz bir təşkilata çevrildiyi bildirilir.
Buna səbəb kimi bir müddət əvvəl ard-arda reallaşan istefalar göstərilir. Belə ki, partiya başqanını müavinləri Elman Fəttah, Tofiq Yaqublu və Yadigar Sadıqov tutduqları postdan uzaqlaşıblar. Hər üç şəxsin partiyadakı fikir ayrılığına görə istefa verdiyi deyilir.
Maraqlıdır, partiya qurultayının vaxtı dəqiqləşibmi? Sədrliyə namizədlər kimlərdir?
Məsələ ilə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az saytına açıqlamasında bildirib ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb və komitə qurultayın keçirilməsi üçün lazım olan tədbirləri həyata keçirməlidir:
“Təbii olaraq qurultayda Müsavat Partiyasının sədri də seçiləcək. Bu, partiyamızın nizamnaməsinin tələbidir. Lakin hər şeyin bir zamanı var. Bu baxımdan sədrlik üçün namizədlərin irəli sürülməsinə start verilməyib. Yerlərdə konfranslar keçiriləndən sonra qurultayın zamanı, məkanı bəlli olacaq”.
G.Aslanlı partiyanın parçalanması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“Müsavat Partiyasının parçalanması istəyində olanlar, partiyanı tənqid edənlər kifayət qədərdir. Lakin qeyd etməliyəm ki, partiyada böyük istefalardan söhbət gedə bilməz. Tutduğu vəzifələrdən istefa verən adamlar belə Müsavat Partiyasının möhkəmlənməsində maraqlı olan adamlardır. Buna görə də bu cür fikirlər zaman-zaman səsləndirilib. Müsavat Partiyası 100 illik partiyadır və partiyamızı parçalamaq istəyənlərin arzusu həmişə ürəklərində qalacaq”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər