Mobil versiya
Rusiya XİN: Azərbaycanlı qadının iki azyaşlı uşağı İraqdan çıxarılıb
Tarix: 28-06-2018 | Saat: 18:06
Bölmə:Gündəm | çapa göndər

Rusiya XİN: Azərbaycanlı qadının iki azyaşlı uşağı İraqdan çıxarılıb



Anası Azərbaycan, atası Rusiya vətəndaşı olan iki azyaşlı uşaq Rusiyanın baş konsulluğunun dəstəyi ilə İraqdan çıxarılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova bildirib.



"Mayın 29-da Rusiyanın baş konsulluğu İraq Kürd Muxtar Vilayətinin yardımı ilə iki azyaşlı rusiyalını - 2013-cü il doğumlu Qalidova Sofya Hacımurad qızını və 2015-cü il doğumlu Qalidova Seyma Hacımurad qızını geri qaytara bilib. Onların atası Rusiya, anası isə Azərbaycan vətəndaşıdır. Uşaqların valideynləri hazırda İraq Kürd Muxtar Vilayətinin Terrorizmlə Mübarizə Xidmətinin təcridxanasında saxlanılırlar. Onların İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edib-etməmələri ilə bağlı araşdırma aparılır", - M.Zaxarova bildirib.



Onun sözlərinə görə, ana Rusiya vətəndaşı olan üçüncü uşağını özü ilə saxlamağa qərar verib.

"Yerli hökumətin məlumatına görə, Qalidov Yusif Hacımurad oğlu hazırda valideynləri ilə birlikdə İraq həbsxanalarında olan yeganə yetkinlik yaşına çatmayandır", - o əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024