Fazil Məmmədovla bağlı daha bir xəbər yayıldı
Tarix: 28-06-2018 | Saat: 16:45
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yaranmış problemlərlə bağlı yeni məlumat açıqlanıb. Eks-nazirin əvvəlcədən xəbər verildiyi kimi Amerikaya deyil, Türkiyəyə aparıldığı bildirilir. Onun hazırda Türkiyədəki American Hastanesinə yerləşdirildiyi qeyd olunur.
Modern.az-ın sabiq nazirə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.
Hazırda sabiq nazir American Hastahanesinin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır. Əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun səhhəti ilə bağlı məsələlər ölkə Prezidenti İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqətindədir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər