Mobil versiya
Sumqayıtda rüşvət: sənət adamından 2 min manat istənilir
Tarix: 07-12-2015 | Saat: 13:40
Bölmə:Qərbi Azərbaycan / Aia TV / Karusel | çapa göndər

Sumqayıtda rüşvət: sənət adamından 2 min manat istənilir
Azərbaycan səhiyyəsində rüşvət və korrupsiya haqqında çox yazılıb

Səhiyyə Nazirliyinin rəsmiləri ölk də dövlət xəstəxanalarının vətəndaşlara pulsuz xidmət göstərdiyini iddia etsələr də real mənzərənin fərqli olduğu hər kəsə bəllidir.

Korrupsiya və rüşvətin öz girdabına aldığı səhiyyə sistemi Sumqayıtda da “ad çıxarıb”.

Sumqayıt səhiyyəsindəki problemlərlə bağlı növbəti dəfə narazılıq edilib, şikayət olunub. Bu dəfə isə söhbət sözün həqiqi mənasında biabırçılıqdan gedir. Belə ki, Sumqayıt şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alan sənət adamı pulsuzluq üzündən baxımsız qalıb. Sintezator ifaçısı Seymurun ayağına mil qoyulma əməliyyatı üçün dövlət xəstəxanasında 2000-2500 manat pul istənilir. Bu barədə onun sənət dostu öz facebook səhifəsində yazıb. Cumhuriyyet.az Sumqayıt teatrının aktyoru, əməkdar artist Rauf Ağakişiyevin facebook profilindəki şikayətini təqdim edir:

“Ey Sumqayıt musiqiçiləri! Hamımızın yaxşı tanıdığı, sənətinə bələd olduğumuz dostumuz, qardaşımız sintezator ifaçısı Seymur hal-hazırda Sumqayıt şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının 3-cü korpusunun 8-ci otağında ağır bir vəziyyətdə müalicə alır. Ayağı dizdən aşağı sınıb. Kasıb olduğuna görə, arxasında ona dəstək olacaq bir nəfər olmadığından həkimlər yaxına gəlmir. Dağılsın belə dünya! Üzümü sizə tuturam, ey sənət fəadiləri! Başa düşürəm,

Məhərrəmlik ayıdır, iş yoxdur. Amma azı 100-150 musiqiçi hərəsi 20 AZN köməklik etsə, biz Seymuru Allahın köməkliyi ilə tezliklə ayağa qaldıra bilərik. Həkim əməliyyatın 2000-2500 manata başa gələcəyini deyir. Ayağına mil qoyulmalıdır. Bu gün mən Seymurun yanında oldum. Allah heç kəsə xəstəxana qismət eləməsin! Təsəvvür edin, görün vəziyyət nə yerə çatıb ki, Seymurun o halına dözə bilməyib yanından çıxdım. Çöldə hönkür-hönkür ağladım.

Qardaşlar mən elə bilirəm ki, 20 AZN o qədər də böyük məbləğ deyil. Gəlin ona kömək edək, onu ayağa qaldırıb gözü yolda qalan balasının yanına göndərək. Bu cür yaxşılığı Allah da qiymətləndirir. Özü də Məhərrəmlik ayında. Allah sizdən razı olsun! Amin inşallah.” (cumhuriyyet/az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-12-2024