Mobil versiya
Azay Quliyev: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”
Tarix: 25-06-2018 | Saat: 16:46
Bölmə:Siyasət | çapa göndər

Azay Quliyev: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”


"Türkiyədə prezident və parlament seçkilərinin çox böyük rəqabət şəraitində keçirildiyinə hamımız şahid olduq".



aia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib.



A.Quliyev bildirib ki, Türkiyədə seçkilər azad, ədalətli və demokratik keçirildi və bütün dünya buna şahidlik etdi:

“Eyni zamanda, seçkidə iştirak edən rəqiblər də bunu etiraf etdilər və cənab Ərdoğanın qalibiyyətini real, obyektiv qiymətləndirdilər. Türkiyədəki bu demokratiyanı yüksək qiymətləndirirəm”.

Deputat vurğulayıb ki, Azərbaycan nöqteyi-nəzərindən də bu seçkilər çox vacib idi: “Bilirsiniz ki, hazırda Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. Bizə güclü, stabil, inkişaf etmiş Türkiyə lazımdır. Bizə o Türkiyə lazımdır ki, onun ərazisi və bütövlüyü tam şəkildə təmin olunsun. Bu gün Azərbaycanla Türkiyənin o qədər ortaq maraqları var ki, hər iki ölkə bir-birinə sıx şəkildə bağlıdır. Həm iqtisadi, həm siyasi, həm mənəvi, həm də mədəni baxımdan Türkiyə ilə Azərbaycan bir-birinə bağlıdır. Ona görə də Türkiyənin bu uğuruna çox sevinirəm və bütün Türkiyə xalqını ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

Parlament seçkilərində isə “Cümhur İttifaqı” bloku səslərin 53,65%, CHP, Səadət Partiyası və “İyi Parti”nin iştirak etdiyi “Millət İttifaqı” 33,96%, HDP 11,69%, digər partiyalar isə 0,07%-ni toplayıb.

Beləliklə, Ədalət və İnkişaf Partiyası parlamentdə 295, MHP 48, CHP 147, İyi Parti 43, HDP isə 67 deputatla təmsil olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024