Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
Tarix: 25-06-2018 | Saat: 09:00
Bölmə:Manşet / Siyasət | çapa göndər
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Cumhur İttifakı" adlanan blokun tərəfdaşları qarşısında çıxış edərkən deyib.
Ərdoğan qeyd edib ki, 90 faizlik seçici fəallığı çox vacib amildir: "Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəldi."
Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək.
Qeyd edək ki, bülletenlərin ilkin hesablanması görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçicilərin səslərinin 53,16%-i toplayıb.
Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 30,54% səs, yeni qurulan «İyi parti»nin namizədi Meral Akşener 7,47%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş - 7,78%, "Səadət" partiyasının (SP) namizədi - Temel Karamollaoğlu 0,90% və "Vətən" partiyasının namizədi - Doğu Perinçek 0,20% səs toplayıb.
Həmçinin, parlament seçkilərində "Cumhur İttifakı" adlı blok (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası [MHP]) 54,22% səslə liderlik edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər