Mobil versiya
Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR
Tarix: 23-06-2018 | Saat: 14:37
Bölmə:Siyasət | çapa göndər

Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR


Türkiyədə partiyalar və prezidentliyə namizədlər son mitinqlərə hazırlaşırlar.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, seçkilərə bir gün qalmış namizədlərin mitinq keçirəcəyi məkanlar artıq bəllidir.

Belə ki, Xalqların Demokratik Partiyası (HDP) İzmir Gündoğdu Meydanında, Rəcəp Tayyip Ərdoğan İstanbulun 5 rayonunda, Milliyətçi Hərəkat Partiyası (MHP) Ankara Anadolu Meydanında, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Muharrem İncə Maltepedə, İYİ Partiyanın namizədi, partiyanın başqanı Meral Akşener isə İstanbulda mitinq keçirəcək.

Xatırladaq ki,sabah Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024