Mobil versiya
Hərbi paradda daha bir yenilik – Türkiyə hərbçiləri 100 il sonra Bakıda keçid edəcəklər
Tarix: 21-06-2018, 16:19 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Hərbi paradda daha bir yenilik – Türkiyə hərbçiləri 100 il sonra Bakıda keçid edəcəklər


Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda bir sıra yeniliklər olacaq.

“AzeriDefence”nin əldə etdiyi eksklüziv məlumata görə, paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi (qutu şəklində) keçid edəcək.

Türkiyə Silahlı Qüvvələrinin bölməsi paradda Azərbaycan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin heyətindən sonra tribuna önündən addımlayacaq.

Paradda iştirak edən Türkiyə hərbçiləri Bakıya iyunun 20-də gəlib.

Paradda Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyinin də qonaq qismində iştirakı gözlənilir.

Qeyd edək ki, bu Türk hərbçilərinin Bakıda 100 il sonra iştirak etdiyi ikinci hərbi paraddır. 1918-ci ilin sentyabr ayında, Bakı şəhəri bolşevik-daşnak qüvvələrindən azad ediləndən sonra keçirilən hərbi paradda Osmanlı hərbçiləri iştirak ediblər.

aia.az



5335 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031