“Hərbi parad Ermənistana çox ciddi siqnal olacaq”
Tarix: 21-06-2018 | Saat: 14:37
Bölmə:Siyasət | çapa göndər
İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıda hərbi parad keçiriləcək.
Milli Məclisin deputatları bu dəfə Modern.az-a Ordumuzun yaranmasının 100 illik yubileyi əlaqədar keçiriləcək hərbi paradın əhəmiyyətindən danışıblar.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Azərbaycanda əvvəllər keçirilmiş hərbi paradları xatırladıb.
“Həmin paradlar çox yüksək səviyyədə təqdim edilib. Mən tamamilə əminəm ki, Ordumuzun 100 illiyi ilə bağlı keçiriləcək parad da özünün bütün tərəflərinə, parametrlərinə görə yüksək səviyyədə baş tutacaq. Azərbaycanın ildən-ilə hərbi sahədə qüvvətlənir, Ordumuzun döyüş qabiliyyəti artmaqla bərabər, həm də onun texniki təchizatında uğurlara imza atılır. Azərbaycanın istehsal etmiş olduğu müdafiə xarakterli silahlar, beynəlxalq səviyyədə tanınmış şirkətlərdən almış olduğumuz hərbi texnikalar ölkəmizin güclü bir dövlət olduğuna diqqət çəkir. Təsadüfi deyil ki, hərbi ekspertlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu içərisində qiymətləndirirlər. Hesab edirəm ki, Müdafiə Nazirliyinin bu istiqamətdəki fəaliyyəti çox yüksək səviyyədədir. İyunun 26-da baş tutacaq hərbi parad Azərbaycanın qürur mənbəyi kimi hər birimizdə sevinc doğuracaq. Heç şübhəsiz ki, işğalçı Ermənistana çox ciddi siqnal olacaq. Əminəm ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı qısa zaman kəsiyində azad edəcək. Bununla da Azərtbaycanın dövlətçilik tarixinə şanlı səhifə yazılacaq”.
Deputat bildirib ki, hərbi paradlar bir qayda olaraq dövlətin gücünün nümayişi kimi izah olunur:
“Bu paradın həm də ən böyük əhəmiyyəti işğal olunmuş torpaqlarımızla əlaqədar həm dünyaya, həm də işğalçı dövlətə Azərbaycan Ordusunun gücünün bir daha nümayiş etdirilməsidir. Bizim üçün bu paradın ikiqat böyük əhəmiyyəti var. Çünki bu paradla biz işğalçı ölkəyə və onun arxasında duran qüvvələrə öz gücümüzü nümayiş etdiririk və ciddi mesaj veririk ki, əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunmazsa, Ordumuzun gücündən istifadə etmək bizim müstəsna hüququmuzdur”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas qeyd edib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyilə əlaqədar Bakıda möhtəşəm parad keçiriləcək.
“Bu paradın keçirilməsinin bir vacib cəhəti odur ki, insanlarda ruh yüksəkliyi yaranır. Ordumuzun hansı səviyyədən hansı səviyyəyə gəlib çatdığı hamı tərəfindən görüləcək. 1990-cı illərdə Ordumuz könüllülərdən ibarət idi. Hətta könüllülər silah-sutsatı ciblərinin puluna alırdılar. Amma indi Ordumuzun balansında ən müasir və yüksək səviyyədə silah-sursat var. Azərbaycan Ordusu regionun ən güclüsüdür. Həmçinin, dünyanın ən güclü orduları sırasındadır”.
Deputat bildirib ki, təyyarələrin paradla bağlı məşqinə baxanda fəxr hissi duyur.
“Mən bundan ləzzət alıram. Hələ buna parad zamanı baxanlar görün necə ləzzət alacaqlar”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, paradla Azərbaycan Ordusu özünün malik olduğu gücü nümayiş etdirir.
“Təbii ki, bizim hərbi gücümüzü görüb ağlı yerində olan, ayıq başla fikirləşməyi bacaran düşmənlər və onların havadarları bundan nəticə çıxartmalıdırlar. Ağlı olmayanlar da bu yaxın vaxtlarda hərbi gücümüzün zərbəsini dadacaqlar. Necə ki, 2016-cı ildə Aprel döyüşləri və bu yaxınlarda Naxçıvan istiqamətində başa salındılar. Ancaq onlar başa dümürlər və qanmırlar. Hesab edirəm ki, onlar daha güclü zərbələr almalıdırlar. Biz bir daha bu paradla hərbi gücümüzü düşmənə və dünyaya nümayiş etdirəcəyik”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər