Mobil versiya
"Türkiyəni Gülənə vermək istəyirlər" - Ərdoğan
Tarix: 08-06-2018 | Saat: 16:59
Bölmə:Siyasət | çapa göndər

"Türkiyəni Gülənə vermək istəyirlər" - Ərdoğan


“Sözdə millətin ittifaqı kimi ortaya çıxanlara, cümhuriyyətin ittifaqına xələl gətirmək istəyənlərə 24 iyunda dərslərini verəcəyik”.

aia.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Nevşəhərdəki Atatürk bulvarında çıxışı zamanı deyib. Xalqa səslənən Ərdoğan, Türkiyənin rifahı və regionun sabitliyi üçün onların Ədalət və İnkişaf Partiyasına səs vermələrini istəyib.

“Müxalifət guya 24 iyun seçkilərindən sonra ölkədə keçmiş sistemə qayıdacaqlarını deyir. Amma 16 apreldə millətin ortaya qoyduğu güclü iradəni yox saymaq üçün müxalifət öz təbirincə kampaniya aparır. Millətin əlindən prezident seçmək səlahiyyətini almaq üçün bağlı qapılar arxasında çirkli işlər çevirirlər”ş

Ərdoğan xüsusilə vurğulayıb ki, Türkiyəni qızıl sinidə Pensilvaniyadakı şarlatana (Fətullah Gülən) təqdim etmək istəyirlər. Şarlatan nə deyirsə, Kılıçdaroğlu və Məhərrəm İncə də eyni şeyləri söyləyir.

Ərdoğan onu da bildirib ki, Türkiyəni rahatsız edənlərə qarşı həmişə mübarizə aparacaqlar. Hətta lazım olacaqsa, Sincar və Qəndilə də gedəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024