Mobil versiya
Arzu Rəhimovun səlahiyyətlərindən biri əlindən alındı
Tarix: 07-06-2018 | Saat: 16:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Arzu Rəhimovun səlahiyyətlərindən biri əlindən alındı


Nazirlər Kabineti hərbi uçotda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışının həyata keçirəcək orqana dair təklif hazırlayacaq
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri ləğv edilib.

aia.az apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən müvafiq icra hakimiyyəti orqanının hərbi uçotunda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını həmin müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan prezidentinin 2005-ci 13 dekabr tarixli fərmanına əsasən hər iki halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Hərbi Komissarlığı və onun yerli qurumları, indiki halda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun yerli idarə, şöbə və bölmələri həyata keçirib.

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmana əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədə səlahiyyəti ləğv olunub.

Eyni zamanda Nazirlər Kabineti bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024