Mobil versiya
Milli Məclisin qəbul edə bilmədiyi qanun layihələri…
Tarix: 01-06-2018 | Saat: 11:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclisin qəbul edə bilmədiyi qanun layihələri…


Dünən mayın 31-də Milli Məclisin sonuncu plenar iclası keçrildi. Yaz sessiyası ərzində Milli Məclisdə bir sıra qanunlar qəbul edildi, bəzi sənədlərə isə əlavə və dəyişikliklər edildi. Amma bəzi qanun layihələri var ki, Milli Məclis onları illərdir qəbul edə bilmir.



Modern.az saytı həmin qanun layihələrini təqdim edir.



Qəbulu gecikdirilən qanun layihələrindən biri Rəqabət Məcəlləsidir.


Məcəllə 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi parlamentdə iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Dəfələrlə bu qanun layihəsinin qəbulu üçün parlamentdə məsələ qaldırılıb. Hətta Rəqabət Məcəlləsinin qəbul olunmasının vacibliyi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında da öz əksini tapıb.



Qəbulu gecikdirilən digər sənəd "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsidir.

Qanun layihəsi 27 maddədən ibarətdir. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan “surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib. Və "surroqat ana" müddəası etirazlara səbəb olduğundan, o bənd layihədən çıxarılıb. Sənəd indiyədək bir neçə dəfə dəyişikliyə məruz qalıb.

Bu qanun layihəsi “Milli Məclisinin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı”na da daxil edilməmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024