İlham Əliyev Bricet Brinki ilə Qarabağı müzakirə edib - Yenilənib
Tarix: 31-05-2018 | Saat: 11:38
Bölmə:Manşet / Siyasət | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brinki qəbul edib.
aia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.
Söhbət zamanı Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə artan rolu xüsusi qeyd edilib. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə göndərdiyi məktublarda ikitərəfli münasibətlərimizlə bağlı ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirib və bunun əlaqələrimizin yüksək səviyyədə olmasını nümayiş etdirdiyini vurğulayıb.
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd edib ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.
Söhbət zamanı Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə töhfəsi, o cümlədən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib, energetika sahəsində əlaqələr, regional əməkdaşlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər