Mobil versiya
Əfv edilən məhkum: "Prezident məni balalarıma qovuşdurdu"
Tarix: 25-05-2018 | Saat: 09:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əfv edilən məhkum: "Prezident məni balalarıma qovuşdurdu"


"Cənab Prezident İlham Əliyev imzaladığı əfv sərəncamı ilə məni balalarıma qovuşdurdu".

Bunu Trend-ə əfv edilən qadın məhkum Gündüz Babayeva deyib.

G.Babayeva əfv olunduğuna görə çox sevindiyini bildirib: “Cənab Prezident İlham Əliyevə minnətdaram ki, bizə bu sevinci yaşatdı, məni balalarıma qovuşdurdu. Dövlət başçımıza çox təşəkkür edirəm”.

O, qadınlara heç zaman cinayət əməlinə yol verməməyi tövsiyə edib: “Bir daha belə səhvə yol verib cinayət törətməyəcəyəm. Qadınlara da tövsiyəm odur ki, heç zaman cinayət əməlinə yol verməsinlər. Qadının yeri cəzaçəkmə müəssisəsi deyil, ailəsinin, uşaqlarının yanıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə