Nazarbayev İlham Əliyevə məktub yazıb  
Tarix: 24-05-2018 | Saat: 17:39
Bölmə:Siyasət | çapa göndər
 
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
aia.az xəbər verir ki, Nazarbayev təbrik mətnində prezidenti Respublika Günü münasibətilə təbrik edib:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan öz dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb. Ölkənizin bundan sonra da dinamik inkişaf etməsini və Sizin rəhbərliyinizlə nəzərdə tutulan hədəflərə çatmasını arzu edirəm.
Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   