Polis polkovniki: “Mətbuatda məlumatlar şişirdilir”
Tarix: 23-05-2018 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərbaycanda mətbuatda yetkinlik yaşına çatmayan uşaqların zorakılığa məruz qalması ilə bağlı məlumatlar şişirdilir. Son 5 ildə bu istiqamətdə artım müşahidə edilməyib. Törədilən hər bir faktla bağlı araşdırma aparılır, hüquqi qiymət verilir”.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə bildirib.
Polkovnik qeyd edib ki, internetdən istifadə ilə bağlı tədbirlər görülməlidir: “Xaricdən internet vasitəsilə ötürülən cizgi filmləri və s. materiallar uşaqlarda aqressivlik yaradır. Bununla bağlı təkliflərimizi təqdim etmişik. Uşaqların internetdən istifadəsi, uşaq televiziyasının yaradılması ilə bağlı yaxın vaxtlarda addımlar atılacaq”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025