Mobil versiya
"Əlillərə pensiya verməmək 5 qat cinayətdir" - Deputat
Tarix: 22-05-2018 | Saat: 15:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Əlillərə pensiya verməmək 5 qat cinayətdir" - Deputat


“2013-2017-ci illərdə respublika üzrə 100 minə yaxın əlil artıb. Əlilliyin artması Bakı üzrə 20 mindir. Yaxşı oldu ki, əlillik dərəcələrinin təyin edilməsi elektron formaya keçdi”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rauf Əliyev deyib.

“Əgər, doğrudan da, hansısa şəxs əlildirsə, ona əlillik dərəcəsi təyin edilməlidir. Biz buna nail olmalıyıq”, - deyə R.Əliyev bildirib.

Deputat Musa Quliyev isə bu sahədə şəffaflığın olmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olmayan insana əlillik dərəcəsi təyin etmək bir cinayətdirsə, əlil olan insana əlillik pensiyası təyin etməmək beşqat cinayətdir:

“Biz bunun üzərində düşünməliyik. Şikayət daxil olur ki, onkoloji diaqnozla əlillik dərəcəsi təyin edilmir, təkrar müayinəyə göndərilir, növbəti müayinə dövrünə qədər də həmin insan dünyasını dəyişir. Hətta elə hallar olur ki, bir gözünü itirən insana cavab verirlər ki, əlavə müalicəyə ehtiyac var. Normalda bu insana ömürlük 3-cü qrup əlillik dərəcəsi təyin edilməlidir. Tibii sosial ekspert komissiyalarında çalışan həkimlərin ixtisaslarına baxılmalıdır, bəlkə də onların heç biri 20 ildə ixtisas kurs keçməyiblər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024