Mobil versiya
Azərbaycanda yüzlərlə məhbus əfv oluna bilər
Tarix: 21-05-2018 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda yüzlərlə məhbus əfv oluna bilər


"Əfv Məsələləri Komissiyasının iclaslarında 1500-ə yaxın müraciətə baxılıb. Siyahı cənab prezidentə təqdim olunub”.

aia.az xəbər verir ki, bunu AzVision.az-a Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bildirib ki, dövlət başçısı Cümhuriyyətin 100 illiyi ərəfəsində əfv sərəncamı imzalaya bilər. Ə.Nuriyev, həmçinin yüzlərlə şəxsin əfv olunacağına ümid etdiyini deyib.

Qeyd edək ki, ötən il martın 16-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Müvafiq sərəncamla 423 məhkum əfv olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024