AZ RU Mobil versiya
Tutuquşular adası
Tarix: 21-05-2018 | Saat: 11:28
Bölmə:Yazar2 | çapa göndər

Tutuquşular adası




Şəcahan Gün



Əziz uşaqlar, bu nağılımda sizə Tutuquşular adasından danışacam.

Gəlin ada ilə bir az yaxından tanış olaq: - Dəryanın ortasında gözəl bir ada vardı. Ada tropik siklonun təsiri altında idi. Yazın əvvəlindən payızın ortalarına kimi burada daha çox yağıntı müşahidə olunurdu. Amma günəşli saatlar bu yağışları hiss etdirmirdi. Bu ada dünyanın ən küləkli yerlərindən biri sayılsa da, havanın temperaturu yayda isti, qışda isə mülayim olurdu.

Adada çox müxtəlif ağaclar bitərdi. İndi mən onlardan bəziləri haqqında sizə danışmaq istəyirəm.

Ekvalipt ağacı. Bu ağac göy qurşağını xatırladırdı. Onun üstündə göy qurşağının bütün rəngləri vardı. Qoxusu təsadüfən ayağı bura dəyən insanları depressiyadan və baş ağrısından xilas edirdi. Dənizçilər bu ağacı yaxşı tanıyırdılar. Bəzən özlərini pis hiss edəndə gəmini bu adaya yönəldər, ekvalipt ağacının altında oturar, bütün ağrı – acılarını unudar, sonra yollarına davam edərdilər.

Adada elə ağaclar vardı ki, onlar qırmızı yarpaqları ilə seçilərdi. “Əjdaha qanı” adlanan ağac qorxulu görüntüsü ilə diqqət çəkirdi. Adının səbəbi isə kökündən qırmızı rəngdə şirənin axmasıdır. Bu şirədən bir şox xəstəlikləri müalicə etmək olardı. Bunu da dənizçilər yaxşı bilirdi. Adanın yaxınlığından keçərkən buraya dönər, bu ağacın şirəsindən yığıb qablara doldurar, aparıb başqa ölkələrdə satar, özləri də dərman kimi istifadə edərdilər.

“Antarktida fısdığı” adlanan ağacın çox qəribə mənzərəsi vardı. Sanki ağac şibyə və mamırlardan hörülmüşdü.

“Külək ağacı” adlanan başqa bir ağac özünün qeyri – adi alaçığa oxşayan görüntüşü ilə diqqəti cəlb edirdi.

Başqa bir ağac atəşfəşanlığı xatırladırdı.

Bir başqa ağac isə nəhəng gül dəstəsini xatırladırdı. Burada bitən kakos palması, kauçuk, ançar ağacı (buraya ayağı düşən yolçular bu ağacın şirəsindən də yığıb aparır, həşərat dişləməsinə qarşı dərman kimi istifadə edərdilər ) adanın bəzəyidir. Qısası, ada nağıllar aləminə bənzəyirdi.

Əziz uşaqlar, gəlin sizə bir az da, adada yaşayan quşlardan bəhs edim.

Bu ada çanlılar aləminin nümayəndələri ilə zəngin idi. Xüsusilə endemik quşları ilə seçilirdi. Adada yaşayan 117 növ quşdan 14 – ü endemik idi. Molukk kakodusu, Todiramphus lazuli, Philemon subcomiculatus və Amboin kral tutuquşusu və s.

Bu adada maraqlı məməli heyvanlar vardı. Məməlilər arasında gəmiricilər və kisəlilərə də rast gəlmək olurdu. Bunlardan Seram badikutu, Qəzələ uçan tülkü, Seram uçan tülküsü, Banan siçanı kimi maraqlı nəsli kəsilmək üzrə olan məməlilər yaşayırdı.

Donqarlı timsaha adanın bir neçə çayında rast gəlmək olardı. Onlar arasında Salavan xüsusilə seçilirdi.

Uşaqlar, mən istəyirəm ki, sizə burada yaşayan tutuquşlardan daha çox danışam. Amma biləsiniz ki, bu tutuquşular sizin gördüyünüz tututquşulara bənzəmirdilər. Onlar çox bəzəkli və ağıllı, eyni zamanda cəsarətli quşlar idi.

Hər səhər balıqlar dəryadan sahilə çıxab, atılıb-düşər, həm də mahnı oxuyardılar.

Biz sevirik buranı,

Gözəl , yaşıl adanı.

Ey, tutular, tutular,

Tezcə qalxıb oyanın.

Bəs niyə tutular? Çünki du yaşıl adanın sakinləri arasında balıqların ən yaxın dostu tutuquşular idi. Hə, qulaq asın, söyləyim.

Tutuquşular bütün günü atılıb-düşür, əlvan güllərdən çələng düzəldir, yallı gedirdilər. Güllərin arasında yuva qurur, balalarını sakit-sakit böyüdürdülər. Tutuquşular bu gözəl adada azad və firavan yaşayırdılar. Beləcə günlər, aylar, illər ötüb keçirdi. Bu adanın tutuquşuları bəlkə də bütün dünyanin ən xoşbəxt tutuquşuları sayılırdı. Lakin bir gün...

Hava birdən tutuldu. Göydə qara buludlar göründü. Dalğalar sahilə çırpılırdı. Elə bil sahili qopartmağa çalışırdı...

Dəniz elə uğuldayırdı ki...

Tutular bərk qorxdular. Onlar heç vaxt belə pis hava görməmişdilər. Qorxudan qaçıb gizləndilər.

Sonra hər yanı sakitlik bürüdü. Tutuquşular özlərinə gəldilər. Gizləndikləri yerdən çıxdılar. Əvvəlki kimi şən və xoşbəxt yaşamağa davam etdilər.

Adada quldurlar peyda oldular. Quldurların peyda olması ilə tutuquşuların bütün rahatlığı pozuldu. Sən demə quldurların gəmisini dalğalar qayalara çırpıb dağıdıb. Onlardan bəziləri dəryada sulara qərq olub. Bəziləri isə sahilə çıxa biliblər.

Quldurlar adada özlərini ağa kimi aparmağa başladılar. Özlərini çox pis aparırdıllar. Yazıq balıqlar qorxularından səhərlər mahnı oxumağı belə unutmuşdular.

Tutular quldurların əlindən o qədər bezdilər ki, axirda gedib padşahlarına şikayət etdilər. Padşah tutuquşu məclis qurdu. Düşündülər, düşündülər axırda belə qərara gəldilər ki, quldurlardan canlarını qurtarmalıdırlar. Bəs necə etsinlər? Əsas məsələ elə budur. Nə edək ki, əvvəlki kimi azad və xoşbəxt yaşayaq?

Tutular düşünə-düşünə durmuşdular ki, bir də xəbər gəldi ki, bəs quldurlar möhkəm xəstələnib, uzandıqları yerdən belə dura bilmirlər.

Tutular bu xəbərə çox şad oldular. Beləliklə bir neçə gün keçdi. Birdən quldurlar onların yadına düşdü. Ürəkləri dözmədi. Gedib quldurlara baş çəkmək qərarına gəldilər. Onların ağır vəziyyətdə olduğunu görüb pis oldular. Padşah tutu dedi:

-Gərək onlara kömək edək. Quldurların bizim köməyimizə ehtiyacı var. Vəzir tutu dedi:

-Nəyə görə onlara kömək etməliyik? Onlar adaya gələndən günümüz qaradır, bir xoş günümüz olmayıb. Bizi xoşbəxt yaşamağa qoymurlar. Rahatlığımızı əlimizdən alıblar. Özlərini çox pis aparırlar.

-Yox, indi onlar çox zəifdirlər. Güclülər zəiflərə gücünü göstərməz, kömək edər.

Tutular razılaşdılar. Onlar işə başladılar. Adada bitən dərman bitkilərindən çay dəmlədilər, sulu yemək bişirdilər. Hər gün iki tutu quldurlara qulluq etdi. Nəhayət, bir neçə gündən sonra quldurlar sağaldılar. Özlərinı gümrah hiss etdilər. Quldurlar tutuların xeyirxahlığını görüb , öz pis əməllərindən utandılar. Onlara təşəkkür etdilər. Söz verdilər ki, bir daha tutuları incitməyəcəklər. Beləliklə, quldurlar qocalana kimi o adada yaşadılar və bir dəfə də tutuquşuları incitmədilər.

Hə, uşaqlar, bizim gözəl, yaşıl, Tutuquşılar adası haqqında nağılımız burada sona çatdı.

Xeyirxahlıq həmişə qalib gəlir. Siz də həmişə çalışın, xeyirxah olun.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 686 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2021