Mobil versiya
Angela Merkel istefaya göndərilir
Tarix: 19-05-2018 | Saat: 12:55
Bölmə:Manşet / Siyasət | çapa göndər

Angela Merkel istefaya göndərilir


"Almaniya üçün Alternativ” partiyası kansler Angela Merkelin yürütdüyü miqrasiya siyasətinin qanuniliyi məsələsini Konstitusiya Məhkəməsində qaldırmağa hazırlaşır.

aia.az xəbər verir ki, bu barədə "Zeit" nəşri məlumat yayıb.

Partiyanın vəkili Ştefan Brandnerin sözlərinə görə, siyasi təşkilatın tərəfdarları öz şikayət ərizələrində göstəriblər ki, Merkelin hökuməti miqrasiya siyasətini işləyib hazırlayarkən parlamentin prosesdə iştirak hüququnu pozublar. Deputatlar, xüsusən də, Avstriya ilə sərhəddən miqrantların buraxılmasına icazə verilməsi üzrə qərarın məhkəmə tərəfindən yoxlanılmasını tələb ediblər.

Qeyd olunub ki, əgər Almaniyanın Konstitusiya Məhkəməsi şikayəti təmin etsə, Angela Merkel istefa verməli olacaq.

Xatırladaq ki, Merkel yanvar ayında alman cəmiyyətinin maliyyə və miqrant böhranı səbəbindən qütbləşdiyini bəyan etmişdi.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024