Mobil versiya
Azərbaycan dəmiryolçuları Bişkekdə MDB və Baltikyanı ölkələrin 68-ci iclasında iştirak edib
Tarix: 18-05-2018 | Saat: 15:04
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan dəmiryolçuları Bişkekdə MDB və Baltikyanı ölkələrin 68-ci iclasında iştirak edib


Mayın 17-18-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib.

Tədbirdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

QSC-dən Adalet.az-a verilən məlumata görə, iclasda aşağıdakı məsələlər müzakirə olunub: Şuranın 67-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018/2019-cu illər üçün qatarların hərəkət cədvəlinin normativləri haqqında; 2017-ci ildə konteynerlərin siyahıya alınmasının nəticələri, həmçinin 2018-ci il üçün yük qatarlarının siyahıya alınmasına dair hazırlıqlar haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; MDB Hökümət Başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixində qərara aldığı MDB dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin tədbiqi konsepsiyasının 2017-ci il ərzində icrası barədə; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının müdiriyyəti və dəmir yolu administrasiyalarının əlaqələndirici fəaliyyətini təmin etmək üçün, rabitə xidmətləri göstərən Mərkəzi rabitə stansiyasının ("RDY” ASC filialı) 2018-ci il üçün xərclərinin əvəz edilmə smetası haqqında; MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası müdiriyyətinin 2017-ci il ərzindəki fəaliyyətinin təmin edilməsinə dair xərclər smetasının icrası və Şuranın Təftiş Komissiyasının həmin smeta icrasının yoxlama hesabatı haqqında; "RDY” ASC-nin filialı olan Baş hesablama mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2017-ci il üçün xərclər smetasının icrası və həmin smeta icrasının yoxlama hesabatı haqqında; Şuranın Fəxri fərmanı ilə təltif edilmə haqqında; Şuranın 69-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.

Tədbirin sonunda yekun protokolu imzalanıb.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024