Mobil versiya
"Azərbaycanı Avropadan uzaqlaşdırmaq istəyirlər" - Səməd Seyidov
Tarix: 16-05-2018 | Saat: 16:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Azərbaycanı Avropadan uzaqlaşdırmaq istəyirlər" - Səməd Seyidov


"Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir. Ancaq bu, o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil"

aia.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA komitəsinin ona qarşı sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

S.Seyidov vurğulayıb ki, qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu, düşmən dəyirmanına su tökməkdir:

"Avropa Şurasında gedən proseslər şəffaf deyil. Komissiyaya münasibətimiz mənfi olub. Bu da özünü doğrultdu. Komissiya sənədi 99 faiz Azərbaycana həsr edib. Ermənistanla bağlı qəbul olunan sənədlər müsbət, Azərbaycanla bağlı olanlar isə mənfidir. Azərbaycanın adını məruzəyə salmaq düzgün deyil. Bunu İngiltərə nümayəndə heyətinin üzvü də dedi. Ancaq buna gedilmədi. Azərbaycana qarşı fəaliyyətdə olan bir neçə qruplaşma var. Onlar Azərbaycanı Avropadan uzaqlaşdırmaq istəyirlər".(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024